Takelaj & Yükqaldırma 3-cü səviyyə

Neft və Qaz, Tikinti və Mühəndislik sahələrində Takelaj & İlməkləmə əməliyyatları bütün dünyada gündəlik olaraq həyata keçirilir. Təəssüf ki, işlərin səhv getdiyi zaman nəticələr həyat və avadanlıq üçün həm təhlükəli, həm də fəlakətli ola bilər. Bu kurs Yükqaldırma Avadanlıqları və Yükqaldırma Aksesuarlarından istifadə edərək Yükqaldırma və İlməkləmə fəaliyyətini yerinə yetirən işçilərin bacarıqlarını tanınmış sənaye standartlarına, o cümlədən mövcud Quraşdırma, Yükqaldırma Qaydalarına və qanunvericiliyə uyğunlaşdıracaq. Bu kurs bütün kateqoriyalı yükqaldırma əməliyyatlarına və yerli və beynəlxalq tələblərə uyğun olaraq Avadanlığın istifadədən əvvəl və sonra yoxlnılmasına nəzarət etmək, iştirak etmək üçün Takelaj, İlməkləmə və Yükqaldırma metodologiyasında ən yaxşı sənaye təcrübəsini təbliğ edəcək. Praktiki məşğələlər və kurs materialları ECITB təlim tələblərinə uyğun olaraq təmin edilir.
TƏLƏBLƏR
“Takelaj və Yükqaldırma ” Sert. və ya 10 il Təcrübə (“Takelaj və Yükqaldırma Səv. 3” üçün)
İMTAHAN
Bu kursun sonunda yazılı və praktiki qiymətləndirmə tətbiq olunacaq.
İŞTİRAKÇI SAYI
Min 4-Maks 8
|
Kursun Yeri KVET-in və ya Sifarişçinin sahəsi |
|
Dillər Azərbaycan, İngilis, Rus |
|
Kursun Müddəti Tam Təlim-5 gün |
|
Gətirilməli Avadanıq Tam FMV
|
|
Etibarlılıq Müddəti 3 il
|
KURSUN MƏZMUNU
- Giriş
- Tənzimləmələr, Standartlar, Qəbul edilmiş, Tətbiq qaydaları
- İlməkçinin rolu və mısuliyyətləri
- Təhlükəsiz iş tələbi
- Yükqaldırma avadanlıqları anbarının idarə olunması
- Yükqaldırma avadanlıqları və aksesuarları
- Yükün çəkisinin hesablanması
- Ağırlıq Mərkəzi
- Yayıcı tirlər və CCU yükqaldırma
- Kranlar, MYİP, Forklift qiymətləndirməsi və Atəş xətti
- Əlaqə
- İşin Planı
- Nəzəriyyənin qiymətləndirilməsi
- Praktik calışma
- Praktikanın qiymətləndirilməsi
