KVET Əlavə Təhsil Mərkəzi — peşəkar inkişaf, beynəlxalq sertifikatlaşdırma və sənaye təlimləri sahəsində fəaliyyət göstərən qabaqcıl tədris mərkəzidir. Mərkəzin əsas məqsədi əmək bazarının tələblərinə uyğun, beynəlxalq səviyyədə tanınan bilik və bacarıqlara malik mütəxəssislər yetişdirməkdir.

KVET, neft-qaz, enerji, tikinti və sənaye sahələrində fəaliyyət göstərən şirkətlər üçün ixtisasartırma proqramları və beynəlxalq akkreditasiyalı təlimlər təklif edir. Hal-hazırda mərkəz ECİTB, IOSH və AITT tərəfindən aşağıdakı istiqamətlər üzrə akkreditasiyaya malikdir:
•Elektrik
•Nəzarət ölçü cihazları
•Mexanika
•Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM)
•Takelaj və Yükqaldırma
•Scaffolding
•Qaynaq
•IOSH Təhlükəsiz İdarəetmə
•AITT Sənaye Maşınlarının Operatoru

 

Təlimlər 15 ildən artıq sənaye təcrübəsinə malik peşəkar təlimçilər tərəfindən həyata keçirilir. KVET, həmçinin universitetlər və peşə təhsil müəssisələri ilə əməkdaşlıq edərək, nəzəri biliklərlə praktiki bacarıqlar arasında körpü yaradır.

 

Məqsədimiz

Azərbaycanın sənaye və təhsil sektorları arasında əlaqəni gücləndirmək, beynəlxalq standartlara cavab verən mütəxəssislər yetişdirmək və regionda peşəkar təlim sahəsində etibarlı tərəfdaş olmaqdır.

 

Niyə Biz

  • Mütəxəssislərimiz beynəlxalq səviyyədə fəaliyyət göstərən şirkətlərdə uzun müddətli iş təcrübəsinə malik olan yüksək ixtisaslı peşəkarlardan ibarətdir;
  • Keyfiyyət işimizin başlıca prinsipidir;
  • Qiymət Təkliflərimiz;
  • Sosial Fəaliyyət.

Hədəfimiz

  • Beynəlxalq standartlarin tələblərinə uyğun rəqabət qabiliyyətli mütəxəssislər hazırlamaq;
  • Yüksək nəticə qazanan məzunları yerli və beynəlxalq bazara təqdim etmək;
  • Yerli bazarda xarici mütəxəssis asılılığını azaltmaq;
  • Bazara hər zaman ən keyfiyyətli xidmətlər təklif etmək.