“Elektrik Qaz Qaynaqçısı” təlimi uğurla başa çatıb

“Elektrik Qaz Qaynaqcisi” telimi ugurla basa catib

“Elektrik Qaz Qaynaqçısı” təlimi uğurla başa çatıb

Dövlət Məşğulluq Agentliyi və KVET Əlavə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti “Elektrik Qaz Qaynaqçısı” təlim proqramı uğurla başa çatıb.

Təlimin əsas məqsədi iştirakçıların qaynaqçılıq sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, onların peşə hazırlığını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmalarına dəstək olmaqdır.

Təlim müddətində iştirakçılar elektrik və qaz qaynaq işlərinin əsas prinsipləri, müvafiq avadanlıqlardan düzgün istifadə, qaynaq prosesinin texniki xüsusiyyətləri və əməyin mühafizəsi qaydaları üzrə bilik və bacarıqlar əldə ediblər. Praktiki məşğələlər vasitəsilə onların peşə vərdişlərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Dövlət Məşğulluq Agentliyi və KVET Əlavə Təhsil Mərkəzi arasında həyata keçirilən əməkdaşlıq peşə hazırlığının inkişafına, işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılmasına, eləcə də ixtisaslı kadrların hazırlanmasına töhfə verir.

KVET Əlavə Təhsil Mərkəzi olaraq təlimi uğurla başa vuran bütün iştirakçıları təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayırıq!

Yeni biliklər, peşəkar bacarıqlar və daha geniş karyera imkanları üçün doğru ünvan — KVET!