Takelaj və Yükqaldırma təlimi (Rigging & Lifting)

Takelaj ve Yukqaldirma telimi (Rigging & Lifting)

Takelaj və Yükqaldırma Təlimi (Rigging & Lifting)

Sənaye və tikinti sahələrində yükqaldırma əməliyyatlarının təhlükəsiz, düzgün və səmərəli həyata keçirilməsi peşəkar bilik və praktiki bacarıqlar tələb edir.

KVET Əlavə Təhsil Mərkəzi tərəfindən təqdim olunan Takelaj və Yükqaldırma (Rigging & Lifting) təlimi iştirakçıların yükqaldırma avadanlıqları, takelaj vasitələri, yüklərin düzgün bağlanması və daşınması, eləcə də təhlükəsiz qaldırma əməliyyatlarının təşkili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Təlim çərçivəsində iştirakçılar yükün çəkisi və ağırlıq mərkəzinin müəyyənləşdirilməsi, uyğun takelaj avadanlıqlarının seçilməsi, risklərin qiymətləndirilməsi və yükqaldırma əməliyyatları zamanı təhlükəsizlik tələblərinin tətbiqi ilə tanış olurlar.

Bu təlim işçilərin peşəkar kompetensiyalarının artırılmasına, istehsalat risklərinin azaldılmasına və iş prosesində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə töhfə verir.

Peşəkar bacarıqlarınızı inkişaf etdirin, təhlükəsiz iş mühitinin formalaşmasına töhfə verin!