Takelaj-Yükqaldırma (Rigging-Lifting)

Takelaj-Yukqaldirma (Rigging-Lifting)

Neft və Qaz, Tikinti və Mühəndislik sahələrində Takelaj & İlməkləmə əməliyyatları bütün dünyada gündəlik olaraq həyata keçirilir. Təəssüf ki, işlərin səhv getdiyi zaman nəticələr həyat və avadanlıq üçün həm təhlükəli, həm də fəlakətli ola bilər. Bu kurs Yükqaldırma Avadanlıqları və Yükqaldırma Aksesuarlarından istifadə edərək Yükqaldırma və İlməkləmə fəaliyyətini yerinə yetirən işçilərin bacarıqlarını tanınmış sənaye standartlarına, o cümlədən mövcud Quraşdırma, Yükqaldırma Qaydalarına və qanunvericiliyə uyğunlaşdıracaq. Bu kurs bütün kateqoriyalı yükqaldırma əməliyyatlarına və yerli və beynəlxalq tələblərə uyğun olaraq Avadanlığın istifadədən əvvəl/sonra yoxlnılmasına nəzarət etmək/iştirak etmək üçün Takelaj,İlməkləmə və Yükqaldırma metodologiyasında ən yaxşı sənaye təcrübəsini təbliğ edəcək. Praktiki məşğələlər və kurs materialları ECITB təlim tələblərinə uyğun olaraq təmin edilir.

TƏLƏBLƏR

Müvafiq Takelaj və Yükqaldırma Sertifikatı və ya 3 illik təcrübə

İMTAHAN

Bu kursun sonunda yazılı və praktiki qiymətləndirmə tətbiq olunacaq.

Kurs haqqında
Kurslara başlamaq üçün qeydiyyatdan keçməlisiniz.
Aşağıdakı linkə daxil olaraq mövcud hesabınıza daxil ola və ya yeni hesab yaradaraq saytdakı kurslardan yararlana bilərsiniz.