Biləcəridə yüksək gərginlik xətti ölüm hadisəsinə səbəb olub.
Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Kvet.edu.az məlumat verir ki, bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).
Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında, müəssisənin 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
