Bu gün qabaqcıl ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-də KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi tərəfindən tələbələr üçün seminar-təlim təşkil olundu.

Bu gun qabaqcil ali tehsil ocaqlarindan olan Azerbaycan Dovlet Iqtisad Universiteti (UNEC)-de KVET Elave Tehsil ve Beynelxalq Sertifikatlasdirma Merkezi terefinden telebeler ucun seminar-telim teskil olundu.

Təlim zamanı iştirakçılara əmək bazarında tələb olunan bilik və bacarıqlar, beynəlxalq sertifikatlaşdırma imkanları və praktik inkişaf yolları haqqında ətraflı məlumat verildi. Sessiya interaktiv formatda keçdi və tələbələrin çoxsaylı sualları Təlimçi tərəfindən dolğun şəkildə cavablandırıldı.

Proqramın sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim edildi.

       Tələbələrin praktik təlimlərə artan marağı göstərir ki, gənclər artıq gələcək karyeralarına daha məqsədyönlü yanaşırlar. Məqsədimiz onların sabah daha rahat iş imkanları əldə etmələrinə və əmək bazarına hazır mütəxəssis kimi daxil olmalarına dəstək olmaqdır.

Bundan sonra daha aktiv və daha tez-tez təlim proqramları ilə tələbələrin inkişafına davamlı töhfə verməyi planlaşdırırıq.