İOSH Təhlükəsiz İdarəetmə Təlimi
KVET-Əlavə Təhsil Mərkəzi olaraq müasir əmək mühiti tələblərinə cavab verən İOSH Təhlükəsiz İdarəetmə Təlimini təqdim edirik. Təlim iş yerlərində sağlamlıq və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, risklərin düzgün idarə olunması və rəhbər heyətin bu sahədə səriştəsinin artırılması məqsədi daşıyır.
İOSH təlimi beynəlxalq yanaşmalara əsaslanaraq hazırlanmışdır və iştirakçılara aşağıdakı bilik və bacarıqları qazandırır:
- Əməyin mühafizəsi və təhlükəsizlik prinsipləri
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi
- Təhlükəsiz idarəetmə sistemlərinin qurulması
- Qəza və insidentlərin qarşısının alınması yolları
- Rəhbər və nəzarətçi səviyyəsində məsuliyyət və öhdəliklər
Təlim proqramı həm istehsalat, həm də xidmət sahələrində çalışan rəhbər şəxslər, mühəndislər, nəzarətçilər və təhlükəsizlik üzrə məsul əməkdaşlar üçün nəzərdə tutulmuşdur.
Təlimi uğurla başa vuran iştirakçılara Sertifikat və müvafiq olaraq Vəsiqə təqdim olunur.
KVET-Əlavə Təhsil Mərkəzi ilə təhlükəsiz, sağlam və davamlı iş mühitinin qurulmasına bir addım daha yaxın olun!
