KVET-də İşarəçi-İlməkçi Təlimi
KVET Əlavə Təhsil Mərkəzi olaraq sənaye və istehsalat sahələrinin tələblərinə uyğun peşəkar kadrların hazırlanmasına xüsusi önəm veririk. Təqdim etdiyimiz İşarəçi-İlməkçi (Banksman & Slinger) təlimi iştirakçılara yükqaldırma əməliyyatlarının təhlükəsiz və düzgün şəkildə həyata keçirilməsi üçün zəruri nəzəri və praktiki bilikləri qazandırır.
Təlim zamanı iştirakçılar yükqaldırma prosesində istifadə olunan avadanlıqların tanınması və düzgün seçilməsi, yükün təhlükəsiz bağlanması və istiqamətləndirilməsi, yükün çəkisi və ağırlıq mərkəzinin qiymətləndirilməsi, kran operatoru ilə effektiv kommunikasiya və standart işarələrdən düzgün istifadə kimi vacib bacarıqları öyrənirlər.
KVET-də keçirilən təlimlər nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına yönəlib. Məqsədimiz iştirakçıların real iş mühitində qarşılaşa biləcəkləri riskləri düzgün qiymətləndirməsinə və təhlükəsizlik tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsinə şərait yaratmaqdır.
