KVET Əlavə Təhsil Mərkəzində İşarəçi–İlməkçi Təlimi

KVET Elave Tehsil Merkezinde Isareci–Ilmekci Telimi

Tikinti, sənaye və istehsalat sahəsində təhlükəsiz və düzgün yükqaldırma prosesinin əsas iştirakçılarından biri İşarəçi–İlməkçidir. KVET Əlavə Təhsil Mərkəzi olaraq bu sahədə peşəkar və beynəlxalq standartlara uyğun təlim proqramı təqdim edirik.

 Təlimin məqsədi

       İştirakçılara yükqaldırma əməliyyatlarının təhlükəsiz təşkili, düzgün işarələrin verilməsi, yükün bağlanması və qaldırılması qaydalarını nəzəri və praktik şəkildə öyrətmək.

 Təlim proqramına daxildir:

  • İşarəçi–ilməkçinin vəzifə və məsuliyyətləri
  • Yükqaldırma mexanizmləri və avadanlıqları
  • İlmə, buraz, zəncir və qarmaqların düzgün seçimi və istifadəsi
  • Standart əl işarələri və rabitə qaydaları
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik qaydaları
  • Praktiki məşğələlər və real iş mühiti simulyasiyası

 Kimlər qoşula bilər?

  • Tikinti və sənaye sahəsində çalışanlar
  • Kran operatorları ilə birgə işləyən əməkdaşlar
  • Bu sahədə yeni bilik qazanmaq istəyən şəxslər

 Təlimin üstünlükləri

  • Təcrübəli və ixtisaslı təlimçilər
  • Praktiki yönümlü təlimlər
  • Sertifikat və Vəsiqə təqdimatı
  • Əmək bazarında yüksək tələbatlı təlim proqramı

KVET Əlavə Təhsil Mərkəzi olaraq məqsədimiz təhlükəsiz, bilikli və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.

       Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Peşəkar gələcəyinizə bizimlə addımlayın!