KVET Əlavə Təhsil Mərkəzində "Yanğın Təhlükəsizliyi" təlimi
Bu gün, 16.04.2026 tarixində KVET Əlavə Təhsil Mərkəzində SOCAR-ın Neft Emalı Zavodunun bir qrup işçi heyəti üçün "Yanğın Təhlükəsizliyi" təlimi təşkil olunub. Təlim zamanı iştirakçılara yanğın risklərinin müəyyən edilməsi, qarşısının alınması və fövqəladə hallarda düzgün davranış qaydaları ətraflı şəkildə izah olunub. Bu cür təlimlər müəssisədə əməyin təhlükəsizliyinin gücləndirilməsinə və risklərin minimuma endirilməsinə mühüm töhfə verir.
