Elektrik-qaz qaynaqçısı təlimi – sənayeniz üçün peşəkar kadr hazırlığı

Elektrik-qaz qaynaqcisi telimi – senayeniz ucun pesekar kadr hazirligi

Elektrik-qaz qaynaqçısı təlimi – sənayeniz üçün peşəkar kadr hazırlığı

Sənaye və istehsalat müəssisələrində keyfiyyətli qaynaq işləri həm əməliyyatların təhlükəsizliyi, həm də avadanlıqların etibarlılığı baxımından mühüm əhəmiyyət daşıyır. KVET Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan Elektrik-qaz qaynaqçısı təlimi müəssisələrin ehtiyaclarına uyğun peşəkar və praktiki bacarıqlara malik kadrların hazırlanmasına yönəlib.

Təlim proqramı iştirakçılara qaynaq avadanlıqlarından düzgün istifadə, qaynaq texnologiyaları, metal konstruksiyalarla iş, qaynaq birləşmələrinin hazırlanması və əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə nəzəri və praktiki biliklər qazandırır.

Təlimin əsas üstünlüklərindən biri praktiki yönümlü hazırlıqdır. İştirakçılar real iş proseslərinə yaxın şəraitdə avadanlıq və alətlərlə işləmə bacarıqlarını inkişaf etdirirlər. Bu yanaşma müəssisələrə işə uyğunlaşma müddəti daha qısa olan və istehsalat prosesinin tələblərini anlayan kadrların formalaşdırılmasına imkan yaradır.  KVET Əlavə Təhsil Mərkəzi müəssisələrin kadr hazırlığı ehtiyaclarını nəzərə alaraq korporativ və qrup təlimlərinin təşkilini də həyata keçirir.