Türkiyədən gələn qonaqlarla beynəlxalq əmək bazarı üçün kadr hazırlığı müzakirə olunub

Turkiyeden gelen qonaqlarla beynelxalq emek bazari ucun kadr hazirligi muzakire olunub

Türkiyədən gələn nümayəndə heyəti KVET Əlavə Təhsil Mərkəzini ziyarət edərək mərkəzin fəaliyyəti, həyata keçirilən təlim proqramları və peşəkar kadr hazırlığı istiqamətində görülən işlərlə yaxından tanış olub.

Görüş çərçivəsində beynəlxalq əmək bazarının tələblərinə uyğun ixtisaslı və peşəkar kadrların hazırlanması, müasir təlim metodlarının tətbiqi və əmək bazarının ehtiyaclarına cavab verən praktiki yönümlü proqramların inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qonaqlar KVET Əlavə Təhsil Mərkəzində həyata keçirilən iş proseslərini yerində izləyərək təlimlərin təşkili, iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsi və peşə hazırlığı prosesləri ilə ətraflı tanış olublar. Eyni zamanda, mərkəzin praktiki təlim sahəsinə baş çəkərək burada yaradılmış tədris imkanları və real iş şəraitinə uyğunlaşdırılmış praktiki məşğələlərlə tanış olublar.

Səfər zamanı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Türkiyə və Azərbaycan arasında peşəkar kadr hazırlığı sahəsində yeni imkanların yaradılması və əmək bazarının tələblərinə uyğun birgə layihələrin həyata keçirilməsi perspektivləri də nəzərdən keçirilib.

Görüş qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.