Praktik təlim - Real iş bacarığı
KVET çərçivəsində təşkil olunan Elektrik üzrə texniki təlim proqramı işsiz gənclər və elektrik sahəsində çalışmasına baxmayaraq rəsmi sertifikatı olmayan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Təlim proqramı iştirakçıların elektrik sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını artırmağa yönəlib.
Təlimlər zamanı aşağıdakı texniki mövzular əhatə olunur:
- Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydaları;
- Elektrik sxemlərinin oxunması və tətbiqi;
- Elektrik avadanlığının quruluşu və istismarı;
- Ölçü cihazları ilə işləmə;
-Aşağı gərginlikli elektrik xətlərinin quraşdırılması;
-Nasazlıqların aşkar edilməsi və aradan qaldırılması;
Praktiki məşğələlər real iş mühitinə uyğun şəraitdə, elektrik avadanlıqları üzərində aparılır. Təlimin əsas məqsədi iştirakçıların təhlükəsiz, səmərəli və peşəkar şəkildə işləmə bacarıqlarını formalaşdırmaqdır.
