Qapalı Sahəyə Giriş Təlimi
KVET Əlavə Təhsil Mərkəzi olaraq əməyin təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılmasını prioritet hesab edirik. Bu məqsədlə təqdim etdiyimiz Qapalı Sahəyə Giriş Təlimi istehsalat, tikinti, sənaye və xidmət sahələrində çalışan əməkdaşlar üçün nəzərdə tutulmuşdur.
Təlim qapalı məkanlarda (rezervuarlar, quyular, tanklar, boru xətləri, lift şaxtaları və s.) görülən işlər zamanı yarana biləcək risklərin tanınması, təhlükələrin qarşısının alınması və fövqəladə hallara düzgün reaksiya verilməsi bacarıqlarının formalaşdırılmasını hədəfləyir.
Təlim proqramına daxildir:
- Qapalı sahə anlayışı və risklərin qiymətləndirilməsi
- Qaz, oksigen çatışmazlığı və partlayış təhlükələri
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsi
- İcazə sistemi və təhlükəsiz iş prosedurları
- Fövqəladə hallarda xilasetmə tədbirləri
- Praktiki nümunələr və real vəziyyətlərin təhlili
Təlimi uğurla tamamlayan iştirakçılara Sertifikat və Vəsiqə təqdim olunur.
Əməkdaşlarınızın təhlükəsizliyini təmin etmək və qanunvericiliyin tələblərinə uyğun biliklər əldə etmək üçün KVET Əlavə Təhsil Mərkəzinin Qapalı Sahəyə Giriş Təliminə qoşulun.
