Takelaj Yükqaldırma – Səviyyə 3 Təlimi

Takelaj Yukqaldirma – Seviyye 3 Telimi

KVET Əlavə Təhsil Mərkəzi olaraq sizə Takelaj Yükqaldırma Səviyyə-3 təlimini təqdim edirik. Bu təlim, ağır yükqaldırma və daşınma prosesində təhlükəsizlik standartlarını maksimum səviyyədə qorumağı öyrədir.

Təlimin məqsədi:

  • Ağır yükqaldırma əməliyyatlarında təhlükəsizlik tədbirlərini düzgün tətbiq etmək
  • Takelaj avadanlıqlarının düzgün seçimi və istifadəsi
  • Yükün balanslaşdırılması və daşınması zamanı riskləri azaltmaq
  • Qanunvericiliklə və sənaye standartlarına uyğun işləmə bacarıqlarını inkişaf etdirmək

Təlimdə öyrəniləcək əsas mövzular:

  1. Takelaj avadanlıqlarının növləri və funksiyaları
  2. Qaldırma əməliyyatlarının təhlükəsizlik qaydaları
  3. Yükün çəkisi, balansı və mərkəz nöqtəsinin hesablanması
  4. Qaldırma zəncirləri, kabel və kancaların düzgün istifadəsi
  5. Fövqəladə hallarda müdaxilə və təhlükəsizlik tədbirləri

Kimin üçün uyğundur:

  • Sənaye və inşaat sektorunda çalışan mühəndis və işçilər
  • Logistika və anbar sahəsində fəaliyyət göstərən peşəkarlar
  • Təhlükəsizlik üzrə məsul şəxslər

Təlimin üstünlükləri:

  • Peşəkar müəllim heyəti ilə praktiki və nəzəri dərslər
  • Avadanlıqla birbaşa işləmə təcrübəsi
  • Təhlükəsizlik və risklərin idarə olunması üzrə tam məlumat

Qeyd: Təlim sonunda iştirakçılar Takelaj Yükqaldırma Səviyyə-3 Sertifikatı  və Vəsiqəsi ilə təmin olunacaq.