Takelaj (yükqaldırma) üzrə Təlim
KVET Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan Takelaj (yükqaldırma) üzrə təlim sənaye, tikinti və istehsalat sahələrində ağır yüklərin qaldırılması və daşınması işlərini icra edən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Təlimin əsas məqsədi takelaj işlərinin mövcud norma və standartlara uyğun, təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasıdır.
Təlim proqramına aşağıdakı mövzular daxildir:
- Takelaj işlərinin əsas anlayışları və təsnifatı
- Yükqaldırma mexanizmləri, avadanlıqlar və köməkçi vasitələr
- Strop, tros, zəncir və digər bağlayıcı elementlərin texniki xüsusiyyətləri
- Yüklərin kütləsinin hesablanması, mərkəzin müəyyən edilməsi və tarazlaşdırılması
- Yükqaldırma əməliyyatlarının planlaşdırılması və icra qaydaları
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi və fövqəladə hallarda davranış
- Normativ-hüquqi sənədlərin tələbləri və istehsalat intizamı.
Təlim nəzəri dərslər və praktik məşğələlər əsasında aparılır. Praktiki hissədə real istehsalat şəraitinə uyğun tapşırıqlar yerinə yetirilir və iştirakçıların bacarıqları qiymətləndirilir.
Təlimi müvəffəqiyyətlə başa vuran şəxslərə müəyyən edilmiş qaydalara uyğun Sertifikat və Vəsiqə təqdim olunur.
Təlim aşağıdakı kateqoriyalara aid şəxslər üçün tövsiyə olunur:
- Takelaj və yükqaldırma işlərini icra edən işçilər
- Texniki heyət və istehsalat ustaları
- Tikinti, sənaye, logistika və istehsalat müəssisələrinin əməkdaşları
KVET Əlavə Təhsil Mərkəzi peşəkar kadr hazırlığı sahəsində keyfiyyətli və sistemli təlim xidmətləri təqdim edir.
