“Təhsil–Təlim–Məşğulluq–Sənaye: Tərəfdaşlıq Konfransı”

“Tehsil–Telim–Mesgulluq–Senaye: Terefdasliq Konfransi”
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və KVET Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə 18 iyun 2026-cı il tarixində “Təhsil–Təlim–Məşğulluq–Sənaye: Tərəfdaşlıq Konfransı” keçiriləcək.
Tədbirdə dövlət və özəl sektorun, o cümlədən ali təhsil müəssisələrinin nümayəndələri, şirkət rəhbərləri, karyera məsləhətçiləri, təlimçilər və insan resursları üzrə mütəxəssislərin iştirakı ilə əmək bazarının çağırışları və gələcəyin peşələri üzrə panel müzakirələri də təşkil olunacaq, maraqlı tərəflər arasında memorandumlar imzalanacaq.