UNEC və KVET ƏTM-nin növbəti məhsuldar əməkdaşlığı

UNEC ve KVET ETM-nin novbeti mehsuldar emekdasligi

  Bu gün UNEC-də qrup nümayəndələri, könüllülər və dekanlıq nümayəndələrinin iştirakı ilə məhsuldar görüş keçirildi. Görüşün əsas məqsədi universitet tələbələrinin KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzinin təlimlərinə qoşularaq daha rahat və perspektivli iş mühitinə keçidini təmin etmək idi. Çıxışlar zamanı vurğulandı ki, yalnız ali təhsil diplomu ilə iş tapmaq günümüzdə kifayət qədər çətinləşib. Praktiki bilik və beynəlxalq sertifikat olmadan əmək bazarında rəqabət aparmaq ciddi maneələr yaradır. Bildirildi ki, artıq yüzlərlə ali təhsilli gənc Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata düşərək bu tip təlimlərə qoşulmağa başlayıb. Sevindirici haldır ki, bu təlimlər məhz UNEC-də təşkil olunacaq və tələbələr üçün əlavə üstünlük yaradacaq. Görüş zamanı tələbələrin çoxsaylı sualları ətraflı şəkildə cavablandırıldı və böyük maraq müşahidə olundu. Tələbələr arasında təlimlərə qoşulmaq üçün yüksək motivasiya və kütləvi iştirak istəyi formalaşıb. Yaxın günlərdə iştirakçı siyahılarının hazırlanaraq təqdim olunması planlaşdırılır. Qısa zamanda təlimlərə start veriləcəyi gözlənilir.