Yanğına Nəzarət və Yanğın Təhlükəsizliyi Təlimi

Yangina Nezaret ve Yangin Tehlukesizliyi Telimi

KVET Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan İlkin Yanğına Nəzarət Təlimi iştirakçılara yanğın təhlükəsizliyi sahəsində zəruri bilik və praktiki bacarıqların aşılanmasını məqsəd qoyur. Təlim zamanı yanğının yaranma səbəbləri, yanğın növləri, ilkin müdaxilə üsulları və yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydaları ətraflı izah olunur.

Təlimin əsas mövzuları:

  • Yanğın təhlükəsizliyinin əsas prinsipləri
  • İlkin yanğınsöndürmə vasitələrinin növləri və istifadəsi
  • Fövqəladə hallarda düzgün davranış qaydaları
  • Təhlükəsiz təxliyə və risklərin azaldılması
  • Praktiki məşğələlər və real situasiyaların təhlili.

Təlim istehsalat sahəsində çalışanlar, ofis əməkdaşları, təhsil müəssisələrinin işçiləri və yanğın təhlükəsizliyi biliklərini artırmaq istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

Təlimi uğurla başa vuran iştirakçılara Sertifikat Vəsiqə  təqdim olunur.

 Təhlükəsizliyiniz üçün biliklərinizi bu gün artırın!