26 Fevral- Xocalı Soyqırımı

26 Fevral- Xocali Soyqirimi

Tarix unudulmur, faciə yaddan çıxmır.

26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı xalqımızın yaddaşına qanla yazılmışdır. Dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayət nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmişdir.

Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu hadisə insan hüquqlarının, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının acı nümunəsidir.

Bu gün biz Xocalı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Hər bir şəhidimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Xocalını unutmadıq, unutmayacağıq!

Hörmətlə,
KVET Əlavə Təhsil Mərkəzi