KVET Əlavə Təhsil Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin birgə Təlim Proqramı
İşsizliyin azaldılması və peşəkar kadrların hazırlanması məqsədilə KVET Əlavə Təhsil Mərkəzi və Dövlət Məşğulluq Agentliyi birgə əməkdaşlığı çərçivəsində 3 aylıq ödənişsiz və təqaüdlü Təlim Proqramına start verilir.
Bu proqram iştirakçılara real əmək bazarının tələblərinə uyğun, praktik yönümlü və nəticəyönümlü təhsil və təlim imkanı yaradır.
Təlim istiqamətləri
Proqram çərçivəsində aşağıdakı ixtisaslar üzrə təlimlər təşkil olunacaq:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)
- Elektrik
- Qaynaq
- Mühasibatlıq
Təlimlər əyani formada, həm nəzəri, həm də praktiki təlimlər keçiriləcək. İştirakçılar real iş mühitinə uyğun praktiki bacarıqlar qazanacaq, avadanlıqlarla birbaşa işləmə imkanı əldə edəcəklər.
Proqramın üstünlükləri
Təlimlər tam ödənişsizdir
İştirakçılara aylıq təqaüd təqdim olunur
Peşəkar və təcrübəli təlimçilər
Praktiki məşğələlər və real iş bacarığı
Kursu uğurla bitirən müdavimlərə yerli və beynəlxalq sertifikat
Məşğulluq imkanlarının artırılması
Bu proqram yalnız təhsil deyil — real iş imkanına aparan yoldur.
Kimlər müraciət edə bilər?
- İşsiz və ya iş axtaran şəxslər
- Yeni peşə öyrənmək istəyənlər
- Bacarıqlarını artıraraq əmək bazarında rəqabət qabiliyyətini yüksəltmək istəyənlər
Niyə KVET Əlavə Təhsil Mərkəzi?
KVET Əlavə Təhsil Mərkəzi olaraq əsas məqsədimiz müdavimlərə sadəcə kurs keçmiş şəxs kimi deyil, işə hazır mütəxəssis kimi yetişdirməkdir. Təlim proqramlarımız əmək bazarının real tələblərinə uyğun hazırlanır və müdavimlərin gələcək karyerasına real töhfə verir.
Bu layihə dövlət dəstəyi ilə həyata keçirildiyi üçün etibarlı, rəsmi və şəffaf proqramdır.
Gələcəyinə bu gün investisiya et!
Peşə qazan, bacarıqlarını artır, sertifikat əldə et və əmək bazarında öz yerini tut.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
KVET Əlavə Təhsil Mərkəzi – Sənin uğurlu gələcəyin üçün.
