KVET Əlavə Təhsil Mərkəzinin Bakı Mühəndislik Universitetində seminar-təlimi uğurla keçirildi

KVET Elave Tehsil Merkezinin Baki Muhendislik Universitetinde seminar-telimi ugurla kecirildi

KVET Əlavə Təhsil Mərkəzi tərəfindən Bakı Mühəndislik Universitetində tələbələr üçün seminar-təlim təşkil olunmuşdur. Tədbirin əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri, praktiki bacarıqların inkişafı və peşəkar istiqamətlənmə imkanları barədə məlumatlandırmaq olmuşdur.

        Seminar zamanı iştirakçılara praktiki təlimlərin əhəmiyyəti, real iş mühitinə hazırlıq prosesi və karyera inkişafında əlavə təhsilin rolu haqqında ətraflı məlumat verilmişdir. Təlim interaktiv formada keçirilmiş, tələbələrin sualları ətraflı şəkildə cavablandırılmışdır.

        Tədbirin sonunda seminar-təlimdə iştirak edən tələbələrə iştirakçı sertifikatları təqdim olunmuşdur. Görüşdən sonra tələbələr tərəfindən çoxsaylı suallar ünvanlanmış, KVET rəhbərliyi tərəfindən bütün müraciətlər ətraflı cavablandırılmışdır. Bu isə tələbələrin praktik təlim proqramlarına yüksək maraq göstərdiyini bir daha nümayiş etdirmişdir.

      KVET Əlavə Təhsil Mərkəzi olaraq gənclərin peşəkar inkişafına töhfə vermək və onları real iş mühitinə daha hazırlıqlı şəkildə yönləndirmək məqsədilə bu kimi maarifləndirici və praktik yönümlü tədbirlərin davamlı olaraq təşkili planlaşdırılır.