31 Mart Soyqrımını Unutmadıq!

31 Mart Soyqrimini Unutmadiq!

31 Mart Azərbaycanlıların Soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə dinc azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir. Bu qanlı hadisələr zamanı yaşayış məntəqələri dağıdılmış, tarixi abidələr və mədəni irs nümunələri məhv edilmişdir.

Soyqırım nəticəsində xalqımız böyük itkilər vermiş, bu faciə milli yaddaşımızda dərin iz buraxmışdır.

Bu gün hər il 31 mart tarixi ölkəmizdə anım günü kimi qeyd olunur, qurbanların xatirəsi ehtiramla yad edilir.