Novruz Bayramınız Mübarək! - KVET Əlavə Təhsil Mərkəzi
Novruz Bayramı münasibətilə KVET Əlavə Təhsil Mərkəzi adından Sizi səmimi qəlbdən təbrik edir və bu qədim bayramın milli-mənəvi dəyərlərimizin təcəssümü kimi daim yaşamasını arzulayırıq. Novruz bayramı təbiətin oyanışını, yenilənməni və cəmiyyətin sosial-mədəni harmoniyasını əks etdirən mühüm tarixi-mədəni hadisə kimi xüsusi əhəmiyyət kəsb edir. Bu əlamətdar günün xalqımız arasında birlik, həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin daha da möhkəmlənməsinə töhfə verməsini diləyirik. KVET Əlavə Təhsil Mərkəzi olaraq Sizə möhkəm cansağlığı, davamlı nailiyyətlər və firavan həyat arzulayır, Novruz bayramınızı ürəkdən təbrik edirik!
