Əl ilə Yüklərin Daşınması təlimi

El ile Yuklerin Dasinmasi telimi

KVET Əlavə Təhsil Mərkəzi əmək mühafizəsi və təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə Əl ilə Yüklərin Daşınması mövzusunda peşəkar təlim proqramı təqdim edir. 

Təlimin əsas məqsədi işçilərin ağır və ya böyük yüklərin əl ilə qaldırılması, daşınması və yerləşdirilməsi zamanı yarana biləcək sağlamlıq risklərinin qarşısını almaq, düzgün iş vərdişləri formalaşdırmaq və istehsalat qəzalarının minimuma endirilməsidir.

      Təlim proqramına daxildir:

 - Əl ilə yüklərin daşınması zamanı yarana biləcək risklər;

 - Onurğa və əzələ-skelet sisteminin qorunması;

 - Düzgün qaldırma və daşınma texnikaları;

 - İş yerində erqonomikanın əsas prinsipləri;

 - Praktik nümunələr  və real iş şəraitində tətbiq. 

Təlim sonunda iştirakçılara bütün yerli müəssisələrdə keçərli Sertifikat və Vəsiqə verilir.

 Kimlər üçün nəzərdə tutulub?

İstehsalat, anbar, tikinti, logistika və digər sahələrdə çalışan işçilər, eləcə də işəgötürənlər və təhlükəsizlik üzrə məsul şəxslər.

 KVET Əlavə Təhsil Mərkəzi ilə təhlükəsiz və sağlam iş mühitinə bir addım daha yaxın olun!