Təhlükəli Maddələrin Daşınması - məsuliyyətli yanaşma, təhlükəsiz gələcək.

Tehlukeli Maddelerin Dasinmasi - mesuliyyetli yanasma, tehlukesiz gelecek.

Təhlükəli maddələrin daşınması yüksək risk və ciddi məsuliyyət tələb edən bir prosesdir. Yanıcı, partlayıcı, zəhərli və ya radioaktiv maddələrin düzgün qaydada daşınmaması insan həyatı, ətraf mühit və infrastruktur üçün ciddi təhlükələr yarada bilər. Bu səbəbdən Beynəlxalq və yerli qaydalara uyğun bilik və bacarıqlara sahib olmaq hər bir mütəxəssis üçün zəruridir. 

 KVET - Əlavə Təhsil Mərkəzi olaraq Təhlükəli Maddələrin daşınması üzrə peşəkar Təlim Proqramı təqdim edirik. Təlim zamanı  iştirakçılar:

   - Təhlükəli Maddələrin təsnifatı;

   - ADR və digər normativ tələblər;

   - Qablaşdırma və maskalanma qaydaları;

   - Daşınma zamanı risklərin idarə olunması;

   - Fövqəladə hallarda düzgün davranış qaydaları haqqında ətraflı bilik əldə edirlər.

Təlim həm nəzəri, həm də praktiki biliklər üzərində qurulub və sahədə çalışan sürücülər, logistika mütəxəssisləri, təhlükəsizlik üzrə məsul şəxslər üçün nəzərdə tutulub. 

Təhlükəsizliyi prioritet edin, biliklərinizi gücləndirin və peşəkar sertifikat əldə edin.