Gələcəyin Kadrları Bu Gündən Formalaşır!
KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi olaraq Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində tələbələr üçün motivasiyaedici və praktiki yönümlü seminar həyata keçirdik.
Təlimin əsas mesajı aydın idi:
🔹 Praktik bacarıq = Güclü karyera
🔹 Hazır kadr = Sürətli iş imkanı
Seminar zamanı tələbələr sənaye və istehsalat sahələrində uğur qazanmağın real yolları ilə tanış oldular. Təlim interaktiv mühitdə keçdi, çoxsaylı suallar cavablandırıldı və iştirakçılarda ciddi motivasiya artımı müşahidə olundu.
Təlimin sonunda bütün iştirakçılara İştirakçı Sertifikatları təqdim edildi.
Bizim məqsədimiz sadədir — gənclərimizi nəzəri biliklə kifayətlənməyən, praktik təcrübəyə malik, istehsalat və sənaye müəssisələrinə tam hazır kadr kimi formalaşdırmaqdır.
KVET olaraq bu istiqamətdə dəstəyimizi daha da gücləndirəcəyik!
