KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzindən növbəti uğurlu seminar!
Bu gün KVET Əlavə Təhsil və Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi olaraq Bakı Neft-Energetika Kollecində tələbələr üçün maarifləndirici seminar-təlim keçirdik. Təlimin əsas məqsədi tələbələrin işlə təmin olunması yollarında təhsil müəssisələri ilə sənaye və istehsalat sahələri arasında körpü rolu oynamaq, gənclərimizin öz müəssisələrimizdə çalışma imkanlarını daha əlçatan etmək idi. İnanırıq ki, təhsil ilə istehsalatın vəhdəti güclü kadr potensialının formalaşmasının əsas şərtidir. Təlim boyunca tələbələrin çoxsaylı sualları ətraflı və dəqiq şəkildə cavablandırıldı. Onların iş tapmaq arzusu, gələcəyə inamı və təlimə göstərdikləri yüksək maraq bizə bir daha sübut etdi ki, gənclərimiz öyrənməyə və inkişaf etməyə həqiqətən həvəslidirlər. Təlimin sonunda iştirakçı tələbələrə sertifikatlar təqdim olundu. Bu sertifikatlar onların gələcək karyera yolunda atdıqları ilk inamlı addımların rəmzidir.
Bakı Neft-Energetika Kollecinin rəhbərliyinə və təşkilatçılıqda aktiv rol alan bütün heyətə dərin təşəkkürümüzü bildiririk. Birgə əməkdaşlığımızın davamlı və daha genişmiqyaslı layihələrlə zənginləşəcəyinə inanırıq.
Biz gənclərimizin yanında olmağa, onların inkişafına dəstək verməyə və ölkəmizin peşəkar kadr potensialının gücləndirilməsinə töhfə verməyə hər zaman hazırıq. Çünki inanırıq: Gənclərimizin uğuru – ölkəmizin gələcəyidir!
