İLKİN YANĞINA NƏZARƏT VƏ İLKİN TİBBİ YARDIM TƏLİMLƏRİ

ILKIN YANGINA NEZARET VE ILKIN TIBBI YARDIM TELIMLERI

 

Fövqəladə hadisələr gözlənilmədən baş verir. Belə hallarda ilk dəqiqələrdə atılan düzgün addımlar insan həyatının xilas edilməsində, yanğının böyüməsinin qarşısının alınmasında və maddi itkilərin minimuma endirilməsində həlledici rol oynayır.

KVET – Knowledge Vision Education & Training tərəfindən təşkil olunan "İlkin Yanğına Nəzarət və İlkin Tibbi Yardım" təlimləri müəssisə və təşkilatlarda çalışan əməkdaşların fövqəladə hallara hazırlığını artırmaq məqsədi daşıyır.

Təlim iştirakçıları:

İlkin yanğın zamanı vəziyyəti düzgün qiymətləndirməyi;
Yanğınsöndürmə vasitələrindən təhlükəsiz və düzgün istifadə etməyi;
Təxliyə qaydalarını və fövqəladə hallarda davranış prinsiplərini;
Bayılma, qanaxma, yanıq, sınıq və digər xəsarətlər zamanı ilkin tibbi yardım göstərməyi;
Təcili tibbi yardım gələnədək zərərçəkənə düzgün müdaxilə etməyi praktik məşğələlər vasitəsilə öyrənirlər.

Hər bir müəssisədə və ofisdə çalışan əməkdaşların ilkin yanğın zamanı operativ müdaxilə edə bilməsi, həmçinin xəsarət alan və ya halı pisləşən iş yoldaşına ilkin tibbi yardım göstərmək bacarığı mühüm əhəmiyyət daşıyır. Bu bilik və bacarıqlar iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşmasına, qəza risklərinin azalmasına və insan həyatının qorunmasına xidmət edir.

Unutmayın!

Bilik həyat xilas edir, hazırlıq isə riskləri azaldır.

KVET – Təhlükəsiz gələcək peşəkar təlimlə başlayır.