Təhlükəli Malların Daşınması Təlimi

Tehlukeli Mallarin Dasinmasi Telimi

Təhlükəli Malların Daşınması Təlimi – Təhlükəsizliyin İlk Addımı Bilikdir.əhlükəli malların daşınması yüksək məsuliyyət, dəqiq bilik və beynəlxalq qaydalara tam uyğunluq tələb edir. Bu sahədə edilən kiçik bir səhv insan həyatı, ətraf mühit və müəssisənin fəaliyyəti üçün ciddi risklər yarada bilər.   

KVET – Knowledge Vision Education & Training tərəfindən təşkil olunan "Təhlükəli Malların Daşınması" təlimi iştirakçılara ADR və digər beynəlxalq tələblər əsasında təhlükəli yüklərin düzgün təsnifatı, markalanması, qablaşdırılması, sənədləşdirilməsi, yüklənməsi, daşınması və fövqəladə hallarda düzgün davranış qaydaları üzrə praktik və nəzəri biliklər qazandırır.

Təlim logistika, nəqliyyat, anbar, istehsalat, neft-qaz, kimya və təhlükəli maddələrlə işləyən bütün müəssisələrin əməkdaşları üçün nəzərdə tutulub. 

Təlimin üstünlükləri:

  1. Beynəlxalq tələblərə uyğun peşəkar biliklər
  2. Təhlükəli yüklərlə təhlükəsiz iş vərdişləri
  3. Qanunvericiliyin tələblərinə uyğun fəaliyyət
  4. Risklərin və qəza ehtimalının minimuma endirilməsi
  5. Sertifikatlaşdırılmış təlim proqramı.

  Təhlükəni tanıyan onu idarə edir. Təhlükəsiz daşınma isə peşəkar təlimdən başlayır.