"UNEC və KVET"- in təhsil, elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığı
KVET olaraq ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan UNEC-Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində təhsil-praktika inteqrasiyasını gücləndirən peşəkar təlim və master klass həyata keçirəcəyik. Bu əməkdaşlıq, akademik bilik+real bazar təcrübəsi, universitet mühiti+biznes praktikası, nəzəriyyə+tətbiq sayəsində rəqabətqabiliyyətli kadr yetişməsi deməkdir. KVET-in UNEC ilə əməkdaşlığı bizim üçün sadəcə tərəfdaşlıq deyil, bu keyfiyyətə, elmi əsaslara və peşəkarlığa verilən dəyərin göstəricisidir. UNEC-in akademik potensialı və KVET-in praktiki təcrübəsi birləşərək, real bazara uyğun proqramlar, tətbiqyönümlü master klasslar, sertifikatlı təlimlər yaradacaq.
UNEC tələbələri üçün KVET ilə əməkdaşlıq - real biznes təcrübəsi qazandırmaq, mentorlarla işləmək, sertifikatlı bilik əldə etmək, karyera üçün üstünlük deməkdir. Yəni təhsil artıq təkcə diplom deyil, həm də təcrübədir. UNEC-lə əməkdaşlığımızın məqsədi- UNEC tələbələrinə praktik və beynəlxalq standartlara uyğun bilik vermək, tələbələrin karyera imkanlarını artırmaq, Azərbaycan və Beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini yüksəltməkdir. KVET olaraq Beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim edirik. Bizim verdiyimiz sertifikatlar müxtəlif ölkələrdə və şirkətlərdə peşəkar standart kimi qəbul olunur.
