UNEC–KVET əməkdaşlığı çərçivəsində seminar keçirildi

UNEC–KVET emekdasligi cercivesinde seminar kecirildi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə KVET arasında qurulan əməkdaşlıq çərçivəsində maarifləndirici və praktiki yönümlü seminar təşkil olundu. Seminarın əsas məqsədi əmək bazarının tələblərinə uyğun beynəlxalq standartlar, peşəkar bacarıqların inkişafı və sertifikatlaşdırma imkanları barədə iştirakçıları məlumatlandırmaq oldu.

Tədbirdə tələbələr, akademik heyət və sahə üzrə mütəxəssislər iştirak edərək real sektorla təhsil arasında körpü yaradan mövzular ətrafında fikir mübadiləsi apardılar.