Təhlükəsiz Nəfəs: Tənəffüs orqanlarının qorunması üzrə Təlim
KVET Əlavə Təhsil Mərkəzində Əməyin Mühafizəsi və Təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə " Tənəffüs orqanlarının qorunması" mövzusunda təlimlərə start verilir.
Təlim zamanı iştirakçılara tənəffüs orqanlarına zərər verə bilən istehsalat amilləri, Fərdi Mühafizə Vasitələrinin (FMV) düzgün seçilməsi və istifadəsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunacaq. Təlim müasir standartlara uyğun şəkildə ixtisaslı təlimçilər tərəfindən keçiriləcək.
Təlim istehsalat müəssisələrində çalışan əməkdaşlar, texniki sahə üzrə mütəxəssislər və bu sahədə biliklərini artırmaq istəyən bütün şəxslər üçün nəzərdə tutulub. Təlimi uğurla başa vuran iştirakçılara bütün yerli müəssisələrdə keçərli Sertifikat və Vəsiqə təqdim olunur.
