Texniki bacarıqlarını artır. Dönən çarxlar Təlimi

Texniki bacariqlarini artir. Donen carxlar Telimi

KVET Əlavə Təhsil Mərkəzi istehsalat və texniki sahədə biliklərini inkişaf etdirmək istəyən şəxslər üçün Dönən çarxlar mövzusunda praktiki və nəzəri Təlim proqramı təqdim edir.

  Bu Təlim çərçivəsində iştirakçılar Dönən çarxların növləri, düzgün seçimi, təhlükəsiz istifadəsi, texniki xüsusiyyətləri haqqında ətraflı bilik əldə edəcəklər. Təlim real istehsalat mühitinə uyğun praktiki məşğələlərlə keçirilir.

 Təlim proqramına daxildir:

 - Dönən çarxlaın növləri və tətbiq sahələri;

 - Materiala uyğun çarx seçimi;

 - Düzgün quraşdırma və balanslaşdırma qaydaları;

 - Əməyin Mühafizəsi və təhlükəsizlik texnikası;

 - Praktiki işləmə bacarıqlarının formalaşdırılması.

   Təlim kimlər üçün nəzərdə tutulub:

 - Texniki sahədə çalışan mütəxəssislər;

 - İstehsalat müəssisələrinin əməkdaşları;

 - Bu sahədə biliklərini artırmaq istəyən hər kəs.

 Təlimin sonunda iştirakçılara bütün yerli müəssisələrdə keçərli Sertifikat və  Vəsiqə verilir.

  Peşəkar bilik və praktiki bacarıqlar qazanmaq üçün KVET Əlavə Təhsil Mərkəzinə qoşulun!